25 Aprel 2024

Ramazan başlayıb, qarşıdan da Novruz gəlir – qiymətlər isə…

Marketlərdə Novruz kampaniyaları başlayıb, amma cüzi endirim müşahidə olunur

Martın 11-i müsəlman aləmi Ramazan ayını qarşılayıb. Bu o deməkdir ki, imsaq və iftara xüsusi hazırlıq görülür. Üstəlik, bir neçə gündən sonra İlaxır çərşənbə və Novruz bayramı qeyd olunacaq. Əhali, əlbəttə, bayram alış-verişi üçün marketlərə üz tutacaq. Bəs görəsən, paytaxtda fəaliyyət göstərən market şəbəkələri Ramazan, yaxud Novruz bayramı üçün endirimlər edirlərmi ya əksinə, bahalaşma var?

Öncə Xətai, daha sonra isə Nizami rayonlarında yerləşən marketlərdə müşahidə apardıq.  Əksər marketlərdə xüsusi kampaniyalar təşkil edilib. Hər il olduğu kimi, Novruz bayramı münasibətilə seçilmiş məhsullara endirim edilir. Kampaniyalar həm qida, həm də qeyri-qida məhsullarına aiddir. Məsələn, 0.5 lt zeytun yağı 16 faiz endirimlə 8.95 AZN yox, 7.55 AZN-ə satılır. 1 kq Tamaşa basmati düyü 5 manat 30 qəpik deyil, 3 manat 99 qəpikdir. 1 kq Çar markalı un 1.55 yox, 1.09 AZN-dir. Qara çayın qiyməti (Beta) 1 manat 45 qəpikdən 6 manat 50 qəpiyə kimidir.  Champion markalı çayın qiyməti isə 1 manat 35 qəpikdən 12 manat 65 qəpiyə kimidir. Şəkər tozunun kiloqramı 1 manat 65 qəpik; 1 manat 80 qəpik, kəllə qənd 1 manat 75 qəpikdir.  

Supermarketlərdən birində müştərilərə sərfəli Ramazan paketi də təklif olunur. Paketə gündəlik ərzaq məhsulları daxildir:

Doymak makaron (çeşid) 500 qr 

Doymak spagetti (çeşid) 500 qr  

Doymak un 1 kq 

Tayqa qırmızı mərci 700 qr  

Tayqa qarabaşaq 700 qr  

Tayqa  şəkər tozu 700 qr  

Tamashaee düyü banka 1 kq 

Sloboda günəbaxan yağı 1L 

Supersun tomat 700 qr  

Bolluq qənd 700 qr  

Mr.Pepper  süfrə duzu 700 qr  

Berqa qara çay (çeşid) 100 qr 

Sonti meyvə suyu (çeşid) 1 L 

Slavyanka limonad (çeşid) 750 ml 

Xurma (depo).

Bu məhsullar hazır qutuya yığılır və 32 manata təklif olunur.

Digər marketdə isə 14-17 mart tarixlərində meyvə-tərəvəzə endirim elan edilib. Qiymətlər belədir:

Yerkökü – 0.95 AZN

Xiyar – 2.99 AZN

Pomidor(Zirə) – 2.99 AZN

Bibər – 3.99 AZN

Qabıqlı qozun kilosu 3 manat 49 qəpik, ləpənin qiyməti isə 10 manat 49 qəpikdir. 

Duzlu püstə – 29.99 AZN

Sarı kişmiş – 6.99 AZN 

Sadə keju – 24.99 AZN

Fındıq -13.99 AZN

Qovrulmuş findiq -16.49

Badam – 3.49 AZN

Qarışıq çərəz -10.99 AZN

Mandarin -1.99  AZN

Alma (Golden) -1.49 AZN

Armud – 3.99 AZN

Portağal – 1.69 AZN

Xurmanın qiyməti 2.49-dan 5.59 manata kimidir. 

Nizami rayonunda yerləşən supermarketlərdən birində də qiymətləri təftiş etdik. Novruz bayramı münasibətilə ortaya çıxan mənzərə belədir:

1 lt-lik qarğıdalı yağı (Final) – 4, 50 AZN

Günəbaxan yağı – 3, 65 AZN

Badımcan (Şəmkir) – 2, 60 AZN

Pomidor (Zirə)-4.80 AZN

Yerkökü-0,95 AZN

Kartof – 0,90 AZN

Soğan-0,45 AZN

Kələm-0,49 AZN

Qozun qiyməti 3 manat 49 qəpik-dən 8 manat 99 qəpiyə kimidir.

Yer fıstığı (qovrulmuş)- 4,99 AZN

Badam 3,49 AZN

Şabalıd – 7,50 AZN

Kərə yağları və pendirlərin qiymətini də öyrəndik:

Best Cow-19,99 AZN

Golden Crown – 17,90 AZN

Westgold 16,29 AZN

Anchor-19,75 AZN

Keçi pendiri (Dəniz süd 6 kq)-6.50 AZN

Çanaq pendiri (Bir-inci kq)-4.99 AZN

Öküz ürəyi pendiri (Bir-inci kq)-9.75 AZN

Çanaq pendiri (Uzun ömür kq)-8, 50 AZN

Göyçay çanaq pendiri-8,99 AZN.

Nigar HƏSƏNLİ,
Fotolar müəllifindir
“Yeni Müsavat”