16 Aprel 2024

Quzey Kiprin 16 voleybolçusu Adıyamanda həlak olub – “Yavru Vatan”da 7 günlük matəm

Türkiyə Voleybol Federasiyası (TVF) Quzey Kıbrıs Türk Cümhuriyyətinin (QKTC) voleybol komandasından 16 nəfərin Adıyamanda “əsrin fəlakəti” zamanı çökən otelin dağıntıları altında həyatını itirdiyini açıqlayıb.

Musavat.com bildirir ki, Federasiyadan verilən açıqlamada bu, ağır xəbərdən bəhs edilir.

“Ölkəmizdə baş verən zəlzələ fəlakətində Adıyamandakı otelin dağıntıları altında tapılan Quzey Kıbrıs voleybol komandasından 16 nəfərin həyatını itirdiyini dərin hüznlə öyrəndik. Həyatını itirən bütün idmançılarımıza və vətəndaşlarımıza Allah rəhmət eləsin, ailələrinə və millətimizə başsağlığı veririk”, açıqlamada bildirilib.

Məlum olub ki, Adıyaman şəhərində keçirilən orta ixtisaslararası idman yarışları üçün KKTC-dən olan oğlan və qızlardan ibarət komandalarda 24 idmançı, 5 müəllim və 6 valideyn olmaqla ümumilikdə 35 nəfər iştirak edib.

Baş vermiş dəhşətli zəlzələ və çoxsaylı qurbanlarla əlaqədar QKTC prezidenti Ersin Tatar 7 günlük matəm elan edib, dövlət bayrağı yarıyadək endirilib.