28 Yanvar 2023

Qusar sakini ögey anasını bıçaqlayıb

Qusar sakini ögey anasını bıçaqlayıb.

“Report”un Şimal bürosunun xəbərinə görə, rayonun Piral kənd sakini 1977-ci il təvəllüdlü Şəfəq Mövlan qızı Əzizova ögey oğlu Yüzbəyov Rami Rizvan oğlu ilə mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, R.Yüzbəyov ruhi xəstəlikdən əziyyət çəkir.

Faktla bağlı araşdırma aparılır.