27 İyul 2024

QHT Bərdə məktəbində ” Gələcək yolumuz İlham Əliyev yoludur” yazı inşa müsabiqəsinin qaliblərini mükafatlandırıb.

Dekabrın 14-də , yəni bu gün şəhid A.Mustafayev adına 5 saylı tam orta məktəbdə ” Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi ” İB-nin təşkilatçılığı ilə Bərdə şəhər məktəblərinin yuxarı sinif şagirdlərinin yazdıqları ,,Gələcək yolumuz İlham Əliyev yoludur,,inşa müsabigəsinin yekunlarına həsr olunmuş tədbir təşkil edilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini etiram duruşu ilə yad etmişlər.

Tədbirdə ,Ulu Öndərlə dəfələrlə görüşmüş, Bərdəmizin fəxri Tərlan xanım Musayeva, Ulu Öndərin qarşısında çıxış edən, vətənpərvər xanım Etibar Hüseynova, Əməkdar müəllim, İB-in fəxri üzvü Rzaqulu Şərifov, Əməkdar müəllimə Minayə Nəbbaqi, 5 saylı məktəbin direktoru Sevinc müəllimə ,Bərdə Təhsil sektorunun metodisti Aygün müəllimə ,Qazilərimiz Elbrus Rustamov, Akşin Hacızadə ,Rizvan Qasımov, Tarix-Diyarşünasllq muzeyinin əməkdaşları,elmi işçi Turanə Məmmədova və Könül Əliyeva, Aran TV-nin direktoru Rafiq Hüseynov ,təhsi üzrə ekspert Əhliman Hümbətov iştirak etmişlər.

Sonda inşa müsabiqəsində iştirak etmiş şagirdləri mükafatlandırılaraq fəxri fərmanlara layiq görülmüşlər.