27 İyul 2024

Qərbi azərbaycanlılara “hüquqları uğrunda mübarizə aparan toplum” beynəlxalq statusu… – Aydın QULİYEV yazır…

ycanlıların qaçqın statusu ilə beynəlxalq tanınmalarının başlanğıcı kimi qəbul edilməlidir ki, bu da bizə lazım olan hədəfin elə özüdür – Qərbi azərbaycanlılara beynəlxalq qaçqın statusunun  verilməsi.

İrqi ayrı-seçkiliyin aradan qaldırılması, soyqırım, etnik təmizləmə, insanlığa qarşı cinayətlərin və irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi bəndlər isə Qərbi azərbaycanlıların hansı cinayətkar təsirlərin və yanaşmaların altında öz vətənlərindən didərgin salındığını təsdiqləyir, əslində bütün dünyaya nünayiş etdirir ki, milyondan çox azərbaycanlı könüllü şəkildə yox, məhz ayrı-seçkiliyin təsirləri altında yurdlarından qovulublar.

Sənədin yayımını müşayiət edən ən əhəmiyyətli bəndlərin biri insan hüquqlarının təşviq edilməsidir. Bu bənd Qərbi azərbaycanlıların həm vətəndən qovulduqları vaxt bütün iqtisadi, siyasi, sosial, insan hüquqlarının tam pozulduğunu ehtiva edir, həm də qayıdışın elə formada aparılmasını nəzərdə tutur ki, bu insanlar öz vətənlərinə sözün həqiqi mənasında təminatlı insanlar kimi qayıtsınlar, yəni evləri, əmlakları, torpaqları, mal-mülkləri tam qaytarılsın və ya kompensasiya edilsin.

BMT-nin rəsmi sənədi kimi bu bəndlər altında yayılmış müraciət başqa perspektivlərə də yol açır.

Məlumdur ki, Qərbi azərbaycanlıların qayıdışı çoxpilləli və üzün prosesdir. Onun uğurlu həllinə, yəni indiki Ermənistandakı ata-baba torpaqlarına beynəlxalq təhlükəsizlik mexanizmlərinin müdafiəsi altında qayıdış anlarına qədər bəzi məsələlərin beynəlxalq hüquqi müstəvidə qərarlaşması vacibdir. Məsələn, Qərbi azərbaycanlıların təqdim olunmuş rəsmi adlı siyahısı əsasında onlara “qaçqın” statusunun verilməsi əhəmiyyətli və mümkündür.

Yaxud, müstəmləkə dövründə öz azadlığı və müstəqilliyi uğrunda vuruşan xalqlara BMT-nin “döyüşən xalqlar” statusu tanıması kimi praktika var idi. Məsələn, Fələstin Azadlıq Təşkilatı müəyyən bir dövr bu status altında fəaliyyət göstərdi və tanındı. Unutmayaq ki, Qərbi azərbaycanlılar öz tarixi torpaqlarında dövlət qurmaq kimi məqsəd qoymasalar da, öz insan hüquqlarından kütləvi məhrum edilmiş böyük toplumdur. İcmanın öz insan hüquqları uğrunda mübarizəsinin statuslaşdırılması, yəni hüquqi terminlərə uyğun ad verilməsi indi əsas vəzifəmiz olmalıdır. Yəni, özünün “İnsan hüquqları uğrunda mübarizə aparan toplum” olduqlarının tanıdılması çox vacibdir.

Aydın QULİYEV