27 İyul 2024

Qərbi Azərbaycan icmasının Bərdə nümayəndəliyi fəaliyyətə başlayıb

Qərbi Azərbaycan icmasının Bərdə nümayəndəliyi fəaliyyətə başlayıb.

Bu barədə Qərbi Azərbaycan icmasının Bərdə nümayəndəliyinin rəhbəri Şöhrət Eyvazov Media1.az-a bildirib.

” Başqa bölgələrdə olduğu kimi qərbiazərbaycanlıların Bərdədə də təşkilatlanması davam edir.Artıq Yeni Daşkənd, İmirli,Kətəlparaq kəndlərində icmalar yaradılıb. İcmalar koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. İmirli kənd icması etnoqrafik-folklor məzmunlu sərgi təşkil edib.Qərbi Azərbaycan icma rəhbərliyi ilə birgə sərgidə iştirak etdik.Sərgidə əsasən Dərələyəz və Göyçə mahalından toplanmış məişət əşyaları toplanmışdır.Eləcə də sərgi ilə Qərbi Azərbaycana məxsus mətbəx nümayiş olunub.Sərgi iştirakçılarda böyük təəssüratların yaranmasına səbəb olub. Sərginin İmirli kəndinə həsr olunmuş kitabın təqdimatı ilə eyni vaxtda təşkil edilməsi dərələyəzlilər üçün xüsusilə maraqla qarşılanıb.”- deyə Şöhrət Eyvazov vurğulayıb.

Musa Muradlı- Media1.az