25 Fevral 2024

Qərbi Azərbaycan İcmasından Aİ-yə REAKSİYA

“Avropa İttifaqı bu gedişlə özünü Fransanın vəziyyətinə salaraq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən tam kənarda qalacaq”.

Musavat.com-un xəbərinə görə, bu barədə Qərbi Azərbaycan İcmasının son günlər Avropa İttifaqının, xüsusilə onun ali nümayəndəsi Cozef Borelin (İspaniya) və Almaniyanın anti-Azərbaycan açıqlamalarına dair şərhində qeyd olunub,

Bildirilib ki, xüsusən Cozef Borelin istifadə etdiyi ifadələr və tonu tamamilə qəbuledilməzdir: “Son vaxtlar İspaniyanın Azərbaycana qarşı artan bəyanatları xüsusunda İspaniyanın C.Borelə, yoxsa C.Borelin İspaniyaya təlimat verməsi məsələsi sual doğurur. Almaniya Xarici İşlər Nazirliyinin tvitter səhifəsində alman nazirin BMT Təhlükəsizlik Şurasında ingilis dilində etdiyi çıxışdan yerləşdirilmiş hissədə “Laçın” sözünün ingilis deyil, fransız dilində yazılması isə Almaniyanın acınacaqlı durumunu, özünün mövqeyinin olmadığını, məsələyə sırf rəsmi Parisin prizmasından yanaşdığını bir daha aydın göstərir”.