27 İyul 2024

Qəhrəman Azərbaycan övladları

1945-ci il mayın 8-dən 9-a keçən gecə Böyük Vətən müharibəsi faşizm üzrə qələbə ilə başa çatmışdır. Həmin müharibədə Azərbaycanın qəhrəman övladları öz qəhrəmanlıqlarını nümayiş etdirmişdilər. Bu cəbhəyə Azərbaycan xalqı 600 mindən çox övladını yola salmışdır. Bunlardan Həzi Aslanovu, İsrafil Məmmədovu, Mehdi Hüseynzadəni, Əhmədiyyə Cəbrayılovu, Hüseynbala Əliyevi və başqa həmvətənlərimiz öz qəhrəmanlıqları ilə seçilmişlər.

Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O, Pleşinist şəhərinin və 508 yaşayış mımtəqəsinin azad edilməsində böyük şücayət göstərdiyinə görə ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlıdır. 20 nəfər döyüşçüsü ilə birlikdə 400dən çox düşmən qüvvəsini məhv etmişdir. Məhz bu döyüşlərdə özü tək başına 70-dən çox düşmən qüvvəsini məhv elədiyi üçün ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir.

Mehdi Hüseynzadə də Böyük Vətən müharibəsində qəhrəmanlığı ilə seçilən həmyerlilərimizdən biridir. Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmişdi. Ölümündən sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

Həm İkinci Dünya Müharibəsi, həm də Qarabağ müharibəsi şahidi olan Əhmədiyyə Cərbayılov da Böyük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərmişdir. Məhz bu qəhrəmanlığın görə də Fransanın 8 hərbi mükafatı ilə təltif olunmuşdur.

Həmçinin Azərbaycanın Milli Qəhrəmanı olan Mikayıl Cəbrayılovun atası olmuşdur.

Təyyarəçi olan Hüseynbala Əliyev də böyük şücayətinə görə ölümündən sonra döyüş ordeniylə təltif olunmuşdur. Leninqradın müdafiəsində 17 dəfə yaralansa da, təyyarəsini yerə endirə bilmişdir.

Ümumilikdə isə azərbaycanlılardan təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunuş, 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi