27 İyul 2024

Qarayusifli kəndində Bərdə terroru qurbanları abidəsi ziyarət edilib

Bərdə rayonunun Qarayusifli kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından 3 il ötür.
2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində aralarında uşaq və qadınlar da olmaqla 5 dinc sakin həlak olmuş, 14 mülki şəxs yaralanmışdır.
Media1.az-ın xəbərinə görə Qarayusifli kəndində faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.