20 Aprel 2024

Qarabağdan Ermənistana 6 xəstə aparılıb

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Qarabağda olan 6 xəstə Ermənistanın müxtəlif tibb müəssisələrinə çatdırılıb.

Media1.az xəbər verir ki, bu barədə qondarma rejimin oyuncaq “səhiyyə nazirliyi” məlumat yayıb.

İddia olunub ki, “Azərbaycan 40 gündən artıqdır Qarabağı Ermənistan və dünya ilə birləşdirən Laçın dəhlizinin qarşısını kəsir və bu, ciddi problemlərə, ərzaq və zəruri malların, o cümlədən dərmanların çatışmazlığına səbəb olur”.

Ardınca da etiraf olunur ki, indiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Qarabağdan Ermənistana ümumilikdə 55 xəstə çatdırılıb. Yəni öz-özünü təkzib.