19 May 2024

“Qarabağ” – “Bayer 04” oyunu başladı

Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” klubları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başlayıb.

“Report”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma start götürüb.

Görüşün baş hakimi fransalı Benua Bastyendir.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.