27 İyul 2024

“Qarabağ” 2 futbolçusuna görə rəsmi TƏKLİF aldı

“Qarabağ”ın 2 futbolçusunun çıxışı xarici klubların diqqətini çəkib.

Lenadro Andradeni son Kipr çempionu “Aris”, Marko Yankoviçi isə Rusiya “Ural”ı istəyib.

Adalılarla ruslar Ağdam təmsilçisinə müraciət ünvanlayaraq sözügedən oyunçuları almaq istədiklərini rəsmən bəyan etsələr də, hər iki təklif geri çevrilib.

Qeyd edək ki, 2022-ci ilin yayından “Qarabağ”da olan Yankoviçin müqaviləsinin müddəti 2025-ci ilin iyununda başa çatacaq. Ötən ilin yanvarında “köhlən atlar”ın uğurları üçün çalışan Andradeyə gəlincə, 23 yaşlı portuqaliyalının da anlaşması 2025-ci ilin yayına qədər nəzərdə tutulub. (Fanat.Az)