27 İyul 2024

Putin – Ərdoğan görüşü öncəsi Fransa regionda olduğu barədə mesaj verir

Son vaxtlar Fransanın Cənubi Qafqazda aktiv həmlələri daha da intensivləşib. Belə görünür ki, gələn həftə keçiriləcək . Erməni revanşizmini canlı saxlamağa çalışan fransızlar “hər an oyuna daxil olmağa hazırıq” təzyiqini yaradır.

Sərhəddə kimin hansı siyasi şou göstərdiyinə baxmayaraq Azərbaycan üçün əsas məsələ şərtinin qəbul edilməsidir. Şərt də açıqlanıb – Ağdam yolu açıldıqdan sonra, Laçın yolunda gediş-gəliş bərpa olunacaq. Məncə, öz şərtini qəbul etdirmək Ağdam yolunun açılmasının strateji önəmi qədər vacibdir. Çünki bu şərti qəbul etdirdikdən sonra başqa şərt ortaya çıxarılır, beləliklə də getdikcə prosesə nəzarətin öz əlində olduğu hamıya qəbul elətdirilir.

Fikrimcə, erməni tərəfində reallıqları anlayanların sayı artıb. Ermənilər bir şeyi başa düşməlidir ki, növbəti bir böyük müharibə Qarabağla məhdudlaşmayacaq, toqquşmalar onların ərazisinə keçəcək. Bu iddia sırf bu münaqişəyə aid deyil. Təbiəti etibarilə müharibələr əksər hallarda zəif tərəfin ərazisində baş verir. Artıq Azərbaycan – Ermənistan arasında güc nisbəti dəyişib. Şərti sərhədboyu strateji yüksəkliklərə də Azərbaycan nəzarət edir.

Müharibənin öz ərazində getməsi, həmin ölkə üçün bu başdan ayrıca bir məğlubiyyətdir. Azərbaycan bunun travmalarını 30 il yaşayıb, fəsadlarını bəlkə də bundan sonra 50 il daha hiss edəcəyik. Ermənistanın qarantoru Rusiyanın vəziyyəti məlumdur. Rusiya-Ermənistan münasibətlərindəki vəziyyət də hamımıza bəllidir. Ermənilər İran və Hindistanla yeni təhlükəsizlik kombinasiyaları qurmağa çalışır. Amma bu ölkələr müharibənin Ermənistana keçməsinə qarşı “çəkindiricilik” yarada bilməz, ən yaxşı halda müharibə boyunca Ermənistana ciddi hərbi dəstək verə bilərlər. Lakin yuxarıda da qeyd edildiyi kimi, müharibə ərazinə keçirsə, yekun nəticədən asılı olmayaraq bunun özü bir məğlubiyyətdir.

Fransa bu çərçivədə Aİ monitorinqçiləri ilə Ermənistan sərhədlərini “qoruyur”. Fransızlar Avropa İttifaqının sanksiya mexanizminə güvənir. Amma Avropanın girişində böyük müharibə davam edir və üzü qışa gedirik. Sanksiya altındakı Rusiya və qış… Azərbaycanın strateji dəyərinin Avropada ən yüksək olduğu dövrdür. Məncə, Ermənistan rəhbərliyi başa düşür ki, “çəkindiricilik” üçün Fransa və Avropaya da etibar edilə bilməz.

Ermənistan üçün lazımi “çəkindiricilik” ancaq Rusiya və ABŞ tərəfindən təmin edilə bilər. Hər iki dövlət də fərqli motivlərə görə indiki şərtlərdə Ermənistana bunu vermək istəmir. Erməni hakimiyyəti üçün geriyə qalır 3-cü bir variant: Azərbaycanla yeni bir müharibədən yayınmaq. Məncə, hadisələrə adekvat baxa bilən bəzi erməni analitiklər bunu anlamamış deyillər.

Rasim Zeynalov- politoloq