20 Aprel 2024

Pulun nəbzi burada vuracaq – İstanbul mühüm maliyyə mərkəzinə çevrilir – İLK GÖRÜNTÜLƏR

İstanbulu dünyanın ən mühüm maliyyə mərkəzlərindən birinə çevirəcək İstanbul Maliyyə Mərkəzi (IFC) layihəsi başa çatıb. 2021-ci ildə başlayan layihə aprel ayında təhvil veriləcək.

Media1.az xəbər verir ki, Maliyyə Mərkəzinin dron görüntüləri yayılıb.

63d4d5bb4e3fe026e0d556e6.jpg (128 KB)

Türk və beynəlxalq iş adamları və investorlar ilə sıx əməkdaşlıq mərkəzinə çevriləcək İstanbul Maliyyə Mərkəzində Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB), Bank Tənzimləmə və Nəzarət Təşkilatı (BDDK) kimi maliyyə qurumlarının, Sərmayə Bazarı Şurası (SPK), Borsa İstanbul, dövlət və özəl bankların binaları yerləşəcək. Mərkəzin ərazisində özəl investorların ofisləri də olacaq.

63d4d5d44e3fe026e0d556e8.jpg (134 KB)

Maliyyə mərkəzi layihəsində 1,4 milyon kvadratmetrlik ofis sahəsi, 100 min kvadratmetrlik ticarət mərkəzi, 2100 nəfərlik konqres mərkəzi və 30 min kvadratmetrlik 5 ulduzlu otel yerləşəcək.

Layihədə nəzərdə tutulan 21 ofis binası bütün idarəetmə sistemlərini bir dam altında toplayaraq ağıllı şəhər modeli ilə həyata keçirilir. Mərkəzin 5 ulduzlu iclas otaqları və dünyaca məşhur lüks restoranları ilə Türkiyədən və xaricdən gələn bütün işçilərin ehtiyaclarının yüksək səviyyədə ödəmənməsi hədəflənir.