27 İyul 2024

Prezidentin təltif etdiyi gənclər kimdir? – FOTO

Prezident İlham Əliyevin 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Sərəncam imzalayaraq, bir sıra gəncləri təltif edib, onlardan 7-si “Tərəqqi” medalına layiq görülüb.

Maraqlıdır ki, dövlət başçısı tərəfindən bu medala layiq görülənlərdən 5-i iş yoldaşıdır. Onlar, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun əməkdaşlarıdır.

“Qafqazinfo” onlar barədə məlumatları təqdim edib:

Orxan Ərəbov Gənclər Fondunun İcraçı direktorunun müavinidir.

Prezidentin təltif etdiyi gənclər kimdir? - FOTOVüsalə Niftəliyeva Gənclər Fondunun Beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiridir.

Prezidentin təltif etdiyi gənclər kimdir? - FOTOGünay Qədimbəyova da eyni şöbədə çalışır. Amma o, şöbənin Baş mütəxəssisidir.

Prezidentin təltif etdiyi gənclər kimdir? - FOTOŞəfəq Bayramova isə Gənclər Fondunun Maliyyə və təsərrüfat şöbəsində Baş mütəxəssisdir.

Prezidentin təltif etdiyi gənclər kimdir? - FOTOQədirov Mübariz də Gənclər Fonunda çalışır. O, Fondun Gənclər təşkilatları ilə iş şöbəsinin Baş mütəxəssisidir.

Prezidentin təltif etdiyi gənclər kimdir? - FOTO“Tərəqqi” medalı ilə təltif olunan Qadir Əkbərov Qobustan rayon Gənclər və İdman İdarəsinin rəisidir.

Prezidentin təltif etdiyi gənclər kimdir? - FOTOFuad Babayev Gənclər və İdman Nazirliyində çalışır. O, nazirliyin Gənclər təşkilatları ilə iş sektorunun müdiridir.