27 May 2024

Prezidentdən DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının maaşları ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarının tənzimlənməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən Azərbaycan Respublikasında müvafiq vəzifələrdə olan dövlət qulluqçularının aylıq vəzifə maaşları səviyyəsində müəyyən edilir.