18 Aprel 2024

Prezident İlham Əliyev – 24 dekabr…

“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“2003-cü ildə geniş siyasi mübahisələr şəraitində ilk dəfə Prezident seçildi. Beynəlxalq aləmə, Azərbaycan xalqına və daxili siyasi qüvvələrin mütləq əksəriyyətinə özünü işi ilə Prezident kimi qəbul etdirə bildi.

Bir Prezident, dövlət başçısı və lider kimi xarizmatik və legitimlik təkamülünün bundan üstün nümunəsi hələ görünməyib…

Ad günündə ən səmimi və dolğun təbrikləri haqq etdi…

Mən də cənab Prezidenti təbrik edirəm…”