26 Aprel 2024

Prezident bu xanıma yüksək vəzifə verdi -SƏRƏNCAM

Prezident İlham Əliyev Səadət İnayət qızı Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Media1.az xəbər verir ki bununla bağlı Prezident.az məlumat yayıb.

S.Bəktaşi bu təyinata qədər Bakı Apellyasiya Məhkəməsinin hakimi idi.

O, daha əvvəl Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin hakimi, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəziflərində çalışıb.