16 Aprel 2024

Peskov Rusiya və Türkiyə prezidentlərinin münasibətlərini yüksək qiymətləndirib

Rusiya və Türkiyə prezidentləri arasında xüsusi münasibətlər var.

AZƏRTAC xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov belə fikir söyləyib. O bildirib ki, Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı etimad və hörmətə əsaslanan xüsusi münasibətlər var. “Sözünün üstündə durmaq, öhdəliklərin yerinə yetirilməsi hər iki tərəfdən qiymətləndirlir”, – deyə D.Peskov vurğulayıb.

Kremlin sözçüsü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makron barədə dediklərinin şərhindən imtina edib.