15 İyun 2024

Pentaqondan ŞOK PROQNOZ: “Rusiyada istifadəyə yararlı raket qalmayacaq”

Rusiyada artilleriya sursatlarının və dəqiq idarə olunan raketlərin ehtiyatları sürətlə azalır. Bu səbəbdən Rusiya Federasiyası Ukraynada köhnəlmiş mərmilərdən istifadə etməyə məcbur qalıb.

Media1.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə Pentaqonun yüksək rütbəli rəsmisi məlumat verib.

“Təxmin edirik ki, Rusiyanın əlindəki tam yararlı artilleriya və raket sursatlarının ehtiyatları 2023-cü ilə qədərdir. Bütün bunlar rusları köhnəlmiş silah-sursatdan getdikcə daha çox istifadə etməyə məcbur edir”,-deyə o, bildirib.

Pentaqon rəsmisinin sözlərinə görə, Rusiya Federasiyasının Ukraynada atdığı mərmilərin bir qismi ümumiyyətlə partlamayıb.

“Bizim məlumatımıza görə, Rusiya artilleriyaçıları topla atəş açan zaman onların topun lüləsində, havada və ya düşdüyü yerdə partlayacaqlarından belə əmin deyillər. Ruslar artıq” 40 ildən çox əvvəl istehsal olunmuş köhnə döyüş sursatlarını işə salmağa başlayıblar,-deyə o, qeyd edib.

Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, beynəlxalq sanksiyalar nəticəsində Rusiya hərbi istehsalının imkanları xeyli azalıb. Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri Rusiya silah zavodları 240 ədəd “X-101” dəqiq idarə olunan qanadlı raket və təxminən 120 ədəd “Kalibr” tipli dənizdən buraxılan qanadlı raket və ya ayda təxminən 40 yeni raket istehsal edə bilib.