21 İyun 2024

Pensiya alanların NƏZƏRİNƏ – Artımlar…

Azərbaycanda pensiyaların indeksasiyası və artırılması maraqla gözlənilən məsələlərdən biridir.

Bu artımlar əmək pensiyası alan bütün vətəndaşlarımızı əhatə edəcək və əmək pensiyalarının bütün məbləğini əhatə edəcək.

Hər kəs bu artımların nə qədər olacağı və hansı aydan onu alacağını maraqla gözləyir.

BAKU.WS saytı mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramova müraciət edib.

Millət vəkili açıqlamasında bildirib ki, 2023-cü ildə orta aylıq əmək haqqındakı artım faizi təxminən 11 faiz olub. Pensiyalar yaxın günlərdə 11 faizə qədər artırılacaq:

“Pensiyalardakı indeksasiya nəticəsində artım faizi birbaşa əvvəlki ildəki orta aylıq əmək haqqındakı faizindən asılıdr. Artımlarla bağlı sərəncam baxmayaraq ki, fevral ayında olub. artımlar yanvar ayından hesablanacaq. Yanvar ayı üçün hesablanmış artımlar fevral ayındakı artımlarla birgə ödənilir.

Əgər vətəndaşın pensiyası 400 manatdırsa, 11 faiz artımla 444 manat alacaq. Artıq yanvar ayının pensiyası ödənilib. Vətəndaşlar hələlik bu artımı almayıblar. Fevral ayında vətəndaşlar 44 yalıq artımı gələnayın artımı ilə birgə alacaqlar.

Yanvar ayında pensiyaya çıxan vətəndaşların pensiyası isə növbət il indeksasiya olunacaq. Çünki onlar 2024-cü ildən etibarən pensiya almağa başlayıblar. Bu şəxslərin pensiyasında artım da 2024-cü ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olacaq”.