25 Aprel 2024

Pedaqoji Universitetdə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Bu barədə Avrasiya.net-ə Azərbaycan Dövlət Pedaqoji Universitetdən məlumat verilib.

Məlumatda bildirilir ki, ADPU-nun rektoru, professor C.Cəfərovun əmri ilə universitetin Beynəlxalq əlaqələr uzrə prorektorluğu nəzdində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb. Mərkəz Qərbi Azərbaycanla bağlı elmi araşdırmaların simpozum, seminarlar, konfransların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Tarix üzrə fəlsəfə doktoru Leyla Calalova mərkəzin rəhbəri təyin edilib.