19 Aprel 2024

Paşinyan rəsmən AÇIQLADI: Ermənistan bu il KTMT-nin hərbi təlimlərinə ev sahibliyi etməyəcək

“Buradan bir daha bildirirəm ki, Ermənistan 2023-cü ildə KTMT-nin hərbi təlimlərinə ev sahibliyi etməyəcək”.

Musavat.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.

Baş nazirin sözlərinə görə, Ermənistanın hazırkı vəziyyətində KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimlərinin keçirilməsi məqsədəuyğun deyil.