25 Aprel 2024

Novruz bayramına görə 7 gün iş olmayacaq – TARİXLƏR

Novruz Bayramı ilə əlaqədar 7 gün iş olmayacaq.

Media1.az xəbər verir ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı müəyyən edilib.

Əmək Məcəlləsinə əsasən, gələn il 23 və 24 mart şənbə və bazar günlərinə, yəni bayram günləri istirahət günlərinə təsadüf etdiyi üçün 25-və 26 mart da qeyri-iş günləri olacaq.

Beləliklə, Novruz Bayramı ilə əlaqədar ardıcıl 20, 21, 22, 23, 24, 25 və 26-sı mart tarixlərində iş olmayacaq.