27 İyul 2024

Norveçin baş naziri: “Rusiya heç bir NATO dövləti ilə müharibəyə başlamayacaq”

Norveçin Baş naziri Yonas Qar Stör Rusiyanın NATO ölkələrinin heç biri ilə silahlı münaqişəyə başlamayacağını düşünür.

“Report” xəbər verir ki, o, bu barədə “France 24” telekanalına müsahibəsində bildirib.

Eyni zamanda, Störe qeyd edib ki, alyansın üzvü kimi Norveç hərbi potensialını gücləndirməlidir.

Baş nazirin sözlərinə görə, ölkəsi, eləcə də Finlandiya və İsveç 75 il ərzində mövcud olmuş NATO-nun kollektiv təhlükəsizliyini istəyir.