27 İyul 2024

Nazir Muxtar Babayev Ağgöl Milli Parkında olub

Bu gün, yəni iyulun 5-də Ağgöl Milli parkının yaranması günü qeyd edilib. Bu münasibətlə xeyli sayda qonaq Ağgöl Milli Parkını ziyarət edib.

9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi, Qarabağ Regional Turizm İdarəsi, Ekoloji İnformasiya İctimai Birliyinin işçi və əməkdaşları da Ağgöl Milli Parkında olublar.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev əlamətdar günü münasibətilə Ağgöl Milli Parkına baş çəkib. Milli Parkda körpə balıqların gölə buraxılması tədbirini həyata keçirib. Parkın rəhbərliyi ilə ərazidəki mövcud durumla maraqlanıb, nazir kimi tövsiyyələrini verib.

Sonda qeyd etmək lazımdır ki, Ağgöl Milli Parkında turistlərin gediş – gəlişinə görə abad və rahat yol infrastrukturuna ehtiyyac var. Hazırda magistral yoldan ayrılan avtomobil yolu olduqca bərbad vəziyyətdədir. Dərin çala çuxurlar avtomobillərin hərəkətini çətinləşdirir. Arzu edirik ki, yolun abadlığı tezliklə həllini tapmış olsun!