27 İyul 2024

Navalnının dəfn mərasimi başladı

16 fevralda həbsdə olduğu Yamal koloniyasında müəmmalı şəkildə vəfat edən rusiyalı müxalif siyasətçinin dəfn mərasimi başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.

Moskvanın Maryino rayonundakı kilsədəki mərasimdən sonra Navalnının cənazəsi yaxınlıqdakı Borisovskoye qəbiristanlığında dəfn ediləcək.