Müharibənin 382-ci günü: Rusiyanın itkiləri – İNFOQRAFİKA
![](https://media1.az/wp-content/uploads/2023/03/9d37a8060cbc962390bc693e738ae742.jpg)
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.
BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Döyüşlər nəticəsində Rusiyanın 159 090 hərbçisi zərərsizləşdirilib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 466 tank, 6 769 zirehli maşın, 2 487 artilleriya sistemi, 493 reaktiv yaylım atəşi sistemi, 259 hava hücumundan müdafiə sistemi, 304 təyyarə, 289 helikopter, 2 108 PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 5 348 avtomobil texnikası və avtosistern, 242 xüsusi texnikadan ibarətdir.
![](https://baku.ws/uploads/posts/2023-03/1678620893_332112224_232959235902445_7140868518193049726_n.jpg)