MSK-nın növbədənkənar Prezident seçkiləri ilə əlaqədar iclası keçirildi, qərarlar qəbul olundu
Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar Prezident seçkiləri ilə əlaqədar iclası keçirilib.
Toplantıda qəbul olunan qərarla seçki 2024-cü il fevralın 7-nə təyin edilib.
Eyni zamanda, MSK növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiqlənib.
Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb.
Bundan əlavə, növbədənkənar prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib.
İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin olunub.//Report