23 Aprel 2024

Moskva vilayətində bazar yanıb

Rusiyanın Moskva vilayətindəki Sindika bazarının ərazisində yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yanğın bazardakı anbarlardan birində başlayıb. Yanğının başqa bir binaya keçə biləcəyi ehtimal olunur.

Verilən məlumata görə, yanğının sahəsi 2100 kvadratmetrdir.