27 İyul 2024

MKİ direktoru Kiyevdə Zelenski ilə görüşüb – “Washington Post” detalları açıqladı

epa05108040 Former US Deputy Secretary of State William Joseph Burns walks outside the Democratic Progressive Party building after having a meeting with Taiwan’s President-elect Tsai Ing-wen, in Taipei, Taiwan, 18 January 2016. Tsai Ing-wen received former US Deputy Secretary of State William Joseph Burns in Taipei, two days after Tsai won the presidential election. Burns arrived in Taipei on 17 January to deliver a message to the new Taiwanese government from the US administration. Tsai, chairwoman of the pro-independence Democratic Progressive Party, will be sworn in on 20 May 2016. EPA/RITCHIE B. TONGO

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Azpost.info xəbər verir ki, bu barədə “Washington Post” məlumatlı mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, görüş ötən həftənin sonunda baş tutub.

ABŞ kəşfiyyatının rəhbəri Ukraynanın siyasi və hərbi rəhbərliyinə Rusiyanın yaxın həftələrdə planlaşdırdığı hərbi əməliyyatlarla bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin əldə etdiyi məlumatları təqdim edib.

“Börns Kiyevə səfər edib, orada Ukraynanın kəşfiyyat rəsmiləri və prezident Zelenski ilə görüşüb. Börns Rusiyanın təcavüzünü dəf etməkdə ABŞ-ın Ukraynaya davamlı dəstək verəcəyinə əmin edib”, – qəzet adı açıqlanmayan ABŞ rəsmisindən sitat gətirib.