01 Mart 2024

Minsk və Tehran arasında birbaşa reys açılır

Belarus və İran martın 26-dan paytaxtlar arasında birbaşa aviareyslərin açılması barədə razılığa gəliblər.

APA-nın məlumatına görə, bunu bazar ertəsi Belarus və İran prezidentləri arasında Tehranda keçirilən danışıqların yekunları üzrə jurnalistlərə açıqlamasında Belarusun nəqliyyat və rabitə naziri Aleksey Avramenko deyib.