26 Aprel 2024

Messini “Barselona”dan qoparan yazışma – Klub rəhbərliyi onu “zibillik siçovulu” adlandırırmış

İspaniya “Barselona”sının idarə heyətinin sabiq üzvləri öz aralarındakı yazışmalarda komandanın keçmiş futbolçusu Lionel Messini siçovul adlandırıblar.

Onlar klubun o vaxtkı prezidenti Xosep Maria Bartomeuya göndərdikləri mesajlarda Messi ilə müqavilənin yenilənməsinə qarşı çıxıblar: “Bartomeu, o zibilxana siçovuluna qarşı yaxşı olmaq lazım deyil. Klub onun üçün hər şeyi etdi. Messi isə bizə kimləri transfer etməli olduğumuzu deyir. Onun üçün sponsorlar axtarmalıyıq. Niyə Leo ilə müqaviləni yeniləyərkən Luis Suares və Jordi Albanın sözləşmələrinin də müddətini uzatmalıyıq? Yaxud niyə Fatinin müqavilə yeniləmə haqqını qardaşı Rodriqo Messiyə ödəməliyik? O, narkotik alverçisinin ortağı olub, bizi dəfələrlə şantaj edib. Həyatını “Barselona”ya borclu olan bu hormonal cırtdana görə klubumuz əziyyət çəkdi. Pandemiya başlayanda bizə mesaj göndərdi ki, başqalarının maaşını azaldın, amma mənə və Luis Suaresə toxunmayın. Bu, bizim başımıza gələ biləcək ən pis şeydir”.

İdarə heyətinin keçmiş üzvləri 36 yaşlı forvardla yanaşı, Kataloniya təmsilçisinin sabiq müdafiəçisi Jerar Pike və hazırda komandanın formasını geyinən Serxio Busgets haqqında da xoşagəlməz ifadələr işlədiblər.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqustunda “Barselona”nın Fransanın PSJ klubuna dəyişib.

Belə anlaşlır ki, Messinin  bu yazışmalardan xəbəri olub və ona görə onu nə qədər dilə tutsalar da, “Barselona”da qalmaq istəməyib.

(Metbuat.az).