03 Mart 2024

Mən deyim, sən də dinlə!

Sevgiyə bağlanan kəs,

Əsla eşqinə qıymaz.

Dünya bir yana olsa,

Qıya bilməz sevgiyə.

Ötəri sevgi ilə,

Sevirlər fəsil kimi.

Hər fəsil dəyişəndə,

Sevirlər əsir kimi.

Bir qəlbdə, bir ürəkdə,

Yaşayar neçə sevgi.

Tez-tez yenilənərək,

Yaranar yeni sevgi.

Mən deyim, sən də dinlə!

Bu sevgi əsla olmaz,

Gözü ilə sevənlər,

Könüldə əsla qalmaz.

Əsl sevgi ürəkdə,

Könüldədir bir kərə,

Nə silib atmaq olar,

Nə dəyişmək kimsəyə…

Hürü