03 Mart 2024

Meksikalı parlamentarilər Şuşada – FOTOLAR

Ölkəmizdə rəsmi səfərdə olan Meksika parlamentinin Deputatlar Palatasının Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqasın başçılıq etdiyi parlament nümayəndə heyəti fevralın 27-də Şuşa şəhərində olub.

Media1.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.

Şuşada qonaqlara Şuşa şəhərin tarixi, işğal dövründəki vəziyyəti və bu gün Şuşada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası haqqında məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidləri və digər abidələrlə tanış olublar, Şuşanın Qala divarlarını seyr ediblər, Şəhər meydanına baş çəkiblər. Onlara Şəhər Meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib.

Sonra qonaqlar Cıdır düzündə olublar. Bildirilib ki, bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkanına çevrilib.