27 İyul 2024

Medvedyevdən proqnoz: ABŞ-da vətəndaş müharibəsi başlayacaq

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial şəbəkədə 2023-cü ildə baş verəcəyini gözlədiyi hadisələri sadalayıb.

AzNews.az xəbər verir ki, o 10 bəndlik proqnozları arasında gələn il ABŞ-da vətəndaş müharibəsinin başlayacağını da deyib.

“Neftin qiyməti bir barel üçün 150 dollara qalxacaq, təbii qazın qiyməti 1000 kubmetr üçün 5 min dollara çatacaq, Böyük Britaniya yenidən Aİ-yə daxil olacaq, Böyük Britaniyanın qayıdışı ilə Aİ məhv olacaq, avro dövriyyədən çıxarılacaq, Polşa və Macarıstan dağıdılacaq olan Ukraynanın qərb hissələrini ilhaq edəcək”, – deyə o bildirib.

Pərvanə