01 Mart 2024

Lənkəran müəllimləri üçün Khan Academy mövzusunda mentor dəstəkli təlim kursu keçirilmişdir

AR Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VII Qrant müsabiqəsi çərçivəsində Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəb tərəfindən icra olunan “Khan Academy Lənkəran təhsilində” layihəsi üzrə keçirilən mentor dəstəkli təlim kursuna yekun vurulmuşdur.

Lənkəran rayonu N.Aslanov adına Ləj kənd orta məktəbdə məktəbdə təşkil olunan və 10 gün davam edən mentor dəstəkli təlim kursunda adı çəkilən təhsil müəssisəsinin və qonşu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbinin 20 ibtidai sinif müəllimi iştirak etmişdir. Hər iki məktəbin pedaqoqları bu 10 gün ərzində nəzəri bilik və praktik təcrübəyə yiyələnərək, onlayn öyrətmə platforması Khan Academy peşəkar istifadə qaydaları, şagirdləri cəlb etməklə riyaziyyat, sürətli hesablama üzrə davamlı tədris aparmaq təcrübəsi üçün bilik, bacarıqlar qazanaraq, arifmetika sahəsində potensiallarıını artırdılar.

Təlimin müddətində layihənin hər iki məktəbin və ümumi təhsil sisteminin inkişafında rolu xüsusi qeyd edilərək, riyaziyyat fənni üzrə ibtidai siniflərdə tədrisin müasir üsul və texnologiyalarla aparılmasının zəruriliyi bir daha bildirildi və bu sahədə kənd müəllimlərinin bilik və bacarıqlarının artırılmasının əhəmiyyəti vurğuladı.

Təlim müddətində Lənkəran rayonu N.Aslanov adına Ləj və S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəblərində ibtidai sinif şagirdlərinin onlayn öyrətmə platforması Khan Academy əlçatanlığını və səmərəli istifadəsini təmin etməklə şagirdlərdə riyazi, məntiqi təfəkkürü, sürətli hesablama və yüksək IQ qabiliyyətini inkişaf etdirmək üçün müəllimlərin bu təlim imkanlarından faydalandıqları pre-test və post testlər vasitəsilə üzə çıxarıldı.

İnteraktiv şəraitdə davam edən təlimin sonunda iştirakçıların qiymətləndirilməsi aparıldı və təlimə qatılan müəllimlər sertifikatlarla təltif edildilər.

Layihənin PR xidməti