27 İyul 2024

Lavrov: Qərb Rusiyanı məhv etmək istəyir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Rusiyanı məhv etməyə çalışdığını iddia edib.

AzNews.az xəbər verir ki, o bu barədə TASS-a açıqlama verib.

S. Lavrov Ukrayna rəhbərliyini NATO və Rusiyanı bir-birinə qarşı qoymaq cəhdində ittiham edib.

“Heç kimə sirr deyil ki, ABŞ və onun NATO müttəfiqlərinin strateji məqsədi Rusiyanı döyüş meydanında məğlub etmək və bununla da Rusiyanı xeyli zəiflətmək, hətta məhv etməkdir”, – nazir bildirib.