27 İyul 2024

Laçında saxlanılan terrorçunun kimliyi bilindi

Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan terrorçunun adı məlum olub.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu, 2001-ci il təvəllüdlü Alen Nelson Sarkisyandır. Erməni tərəf onun Rusiya sülhməramlılarının müşayiəti ilə təhsilini davam etdirmək üçün İrəvana getdiyini, tələbə olduğunu iddia edib.