26 İyul 2024

Kürdəmirdə zəncirvari qəza olub, yaralılar var FOTO

Kürdəmir rayonunda zəncirvari qəza baş verib.

“Report”un xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bir neçə yük və minik avtomobili bir-birinə çırpılaraq qəzaya düşüb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, yaralılar var.

İlkin məlumata görə, qəzaya yollarda yaranmış buz səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Fotolar Amil Hacıyevə məxsusdur.