27 İyul 2024

Kremldən Qərbə Qarabağ XƏBƏRDARLIĞI

Kreml hesab edir ki, Rusiyadan başqa heç bir dövlət Cənubi Qafqazda qarant rolunu oynaya bilməz.

Musavat.com-un məlumatına görə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov belə deyib.

“Bir sıra ölkələr hələ də Qarabağ ətrafında sabit vəziyyəti pozmağa çalışırlar. Bu, Azərbaycan tərəfinin rəsmi şəkildə bəyan etməsinə səbəb oldu ki, həmin ölkələr birtərəfli mövqe tutduqlarına görə çətin ki, hər hansı vasitəçi roluna iddia edə bilərlər” – Peskov “Rossiya-1” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, birtərəfli mövqe tutanlar heç nə iddia edə bilməzlər, “bu, həm qeyri-mümkündür, həm də yersizdir”.