28 Mart 2024

Köçəryanın məhkəməsi təxirə salındı

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və baş nazirin keçmiş müavini Armen Gevorqyanın işi üzrə məhkəmə iclası təxirə salınıb.

Media1.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Köçəryan və Gevorqyanın işi üzrə məhkəmə iclası fevralın 14-nə təxirə salınıb.

Hakim Anna Danibekyan bildirib ki, tərcüməçi Sona Ovanisyan ona səhhəti ilə bağlı iclasda iştirak edə bilməyəcəyini bildirib. Eyni zamanda, Ovanisyan məhkəməyə sənədlərdən birində (sənədin mətni ingilis dilində) olan bir sıra terminlərlə bağlı izahatlar göndərib. Müdafiə və ittiham tərəfinin nümayəndələri bu izahatlarla kifayətlənməyib, hakim tərcüməçinin iştirakını təmin etmək üçün iclasın təxirə salınmasına qərar verib.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan külli miqdarda rüşvət almaqda, baş nazirin keçmiş müavini Armen Gevorqyan isə çirkli pulların yuyulmasında ittiham olunur.

Nigar HƏSƏNLİ