27 İyul 2024

Kənddə biz ona dünyanın məşur futbolçusu Pelenin adını vermişdik

Bu qəhrəman şəhidimiz haqqında  yazmağa başlıyar-başlamaz yadıma kicik bir xatirə düşdü. Siyavuş Əliyeviin döyüş yolunu xatırlamalı oldum. Qeyd edim ki, Siyavuş Əliyev 1970 ci ildə Ağdamın Sarıcalı kəndində doğulmuşdu. Keçmiş sovetlər birliyində hərbi xldmət keçib vətənə dönəndə kənddə görüşdük     . Deyim ki, mən də həqiqi hərbi xidmətə çağrılmışdım. Kəndimizin yanındakı  su anbarının kənarında görüşdüyüm Siyavuş bir siqaret yandırdı. Bu su anbarı balaca olsa da bizim kənd uçun dəniz idi. Olduqca səfalı yer kimi yaddaşımda qalıb. Nədəndisə Siyavuşun siqaret yandırmağı bir səhnə kimi gözümün önündə o qədər aydın canlanır ki.Düzü onun sıqaret çəkməyinə diqətlə baxdığımda mənə maraqlı gələn  Siyavuşun zahirən xarici görünüşündəki futbolçu maneralarıydı.Sanki bu adam  elə anadan futbolçu doğulmuşdu . 90 dəqiqə ərzində cəld hərəklər edirdi. Yüksək sürətli texnikalı oyunu ilə əs futbol şousu göstərirdi. Heç vaxt yorulmazdı. Sözün həqiqi mənasında əsil futbolçu idi. Kənddə  biz ona dünyanın məşur futbolçusu Pelenin adını vermişdik .

 Amma bu 23 yaşlı gənc oğlan heç bir idman məktəbindən təhsil almamışdı . Futboldan danışdıq. Yeri gəlmişkən  qonşu Mahir ilə hər ikimiz  futbol azarkeşi idik. Muharıbə onun görkəmin dəyişsə də amma xaraktirin dəyişməmişdi. Elə sakit təbiətində qalmışdı. Bu mənim onunla son görüşum oldu.

 Siyavuş Əliyevin döyüş yolu Məşhur komandir, milli qəhrəmanımız şəhid Şirin Mirzəyevin özünu mudafiə bataliyonundan başlamışdı. İlk döyüşu 7 Xırman dağı istiqamətində olmuşdu.Onun cəld hərəkətləri döyüşlərdə özünu göstərirdi. Qazancı kəndini işğaldan azad olmasında onun da payı var idi .Sonra ağ bulaq, Dəhraz, Pir Camal, Naxçıvanlı kəndləri uğurunda ağır döyüş yolu keçmişdi. Son xidmət yeri Şelli kəndi istqamətində olmuşdu. Düşmənlə  üzbəüz mövqedə erməni silahlı birləşmələri və havadar rusların  qarşıya goyduğu məqsəd Ağdaml işğal eləmək idi. Bunun üçün də düşmən butun gücunu Ağdama yönətmişdi. Əsasda Şelli yüksəyliyinin ələ keçirilməsi idi. Əgər bu baş versə Ağdamın işağlı tez başa çatacağdı.  Bir tərəfdə ölkədə xaos hökm sürürdü.Digər tərəfdə isə  kanardan gələn Surət Hüseynovun dəstəsi düşmənə qarşı döyüşmək əvəzinə kəndlərə soxulub, evlərimizi qarət etməklə məşqul idi.  Ağdamın müdafiəsi yerli özünumudafiə batalyonlarının ümudunə qalmışdı . Belə bir ağır vaxtda düşmən hucuma keçir. Siyavuş Əliyev döyüş yoldaşları ilə birlikdə düşməni dayandırmaq üçun iri çaplı sılahlardan və kicik toplardan atəş açmaqla düşməni geri çəkilməyə məcbur edirlər.

Bu Siyavuşun son döyüşü olur.Düşmənin  tank mərmisi ilə açdığı atəş nəticəsində Siyavuş ayağından ağır yaralanır. Onu hospitala çatırsalarda çoxlu qan itirdiyi üçün 1993 ci il iyun ayının 14- da qəhramançaslna şəhid olur.

Şəhid Siyavuş Əliyevin  ölumundən 40 gün sonra mənfur  erməni silahlıları Ağdam rayonunu  işğal edir. Siyavuş Əliyevin qəbri düşmən tapdağında qalır. 2020 –ci ildə müzəffər Azərbcan ordusu Ağdamı işğaldan azad edir.  Siyavuş Əliyevdə məzarı dəfin olnuduğu Sarıcalı kəndındə aşkarlamaq munkun olur. Bu gün kənd sakinləri  şəhidlərimizi hörmətlə yad edirlər. Ərazilər minadan tam təmizdəməsə də ilk getdikləri yer şəhidlərin məzarın ziyarət etmək olur. Tezliklə Sarıcalı kəndi yenidən qurulacaq. Kənd sakinləri geri qayıdacaq. Amma heç vaxt şəhidlər unudulmuyacaq. Ruhun şad olsun Sıyavuş Əliyev!

Kicik yazımla  qəhrəmanımızı oxucularıma tanıda bildimmi, ya yox.Bilmirəm. Elə bilirəm ki, onun haqqında daha çox danışmaq olar.Düşünürəm ki, onun haqqında yazacağım kitabda qəhrəmanımızı daha geniş ətraflı tanıdacam.  

Hafiz Huseynoğlu