Jurnalistlərin işinə müdaxilə edənlər 600 manat cərimələnəcək
![](https://media1.az/wp-content/uploads/2023/03/4fa6440c941add39ce8f6b68a6d22ba9.jpg)
Azərbaycanda jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlərin 600 manatadək cərimələnməsinə dair layihə qəbul olunub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında 3-cü oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.