“İTALDIZAIN” azərbaycanlı rəssam Azər Məmmədli ilə birgə incəsənət layihəsinə başlayıb – FOTO
“İTALDIZAIN” azərbaycanlı rəssam Azər Məmmədli ilə birgə incəsənət layihəsinə başlayıb.
Dünya Poeziya Gününə həsr olunan bu layihə dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı poemasında təsvir olunan yeddi gözəlin alternativ təfsiridir.
Xarici və daxili aləmlərin inkişafına həsr olunmuş “Yeddi gözəl” layihəsi bizə şərq nağılına qərq olmağa imkan verir.
Poemada olduğu kimi, hər bir portretin öz unikal çalarları var və onlar gözəl zinət əşyaları ilə tamamlanır. Əfsanəvi gözəlləri “Messika”, “Pasquale Bruni”, “Stephen Webster”, “Leo Pizzo” və “Utopia” brendlərinin zinət əşyaları bəzəyir.
Strit-art aləmində @azyadeon kimi tanınan istedadlı qraffiti rəssamı Azər Məmmədli obrazlar üzərində “İTALDIZAIN” stilistləri ilə birgə çalışıb.
Layihə “İTALDIZAIN”ın sosial şəbəkələrdəki səhifələrində dərc olunacaq.