27 İyul 2024

İrəvanda körpüdə 27 avtomobil toqquşdu – FOTO

İrəvanda qatı duman və yolların buzlaşması səbəbilə 27 avtomobil toqquşub.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.

Bildirilir ki, zəncirvari qəza Davidaşen körpüsündə baş verib.

Hadisə nəticəsində xəsarət alanların olmadığı vurğulanıb.

Hazırda magistral yol tamamilə bağlanıb. Xilasedicilər hadisə yerindədirlər.

Mənbə: “Sputnik” Ermənistan