27 İyul 2024

İncənin partiyasından kütləvi istefalar başladı

Məhərrəm İncənin Türkiyə prezidentiliyinə namizədliyini geri götürməsindən sonra rəhbəri olduğu Məmləkət Partiyasından kütləvi istefalar başlayıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məmləkət Partiyasının Adıyaman vilayətinin Kahta rayonu üzrə sədri Müzəffər Yıldız vəzifəsindən istefa verərək seçkilərdə AKP-yə səs verəcəyini deyib.

Yıldızla bərabər partiyanın daha bir neçə üzvü də istefa verib.//Redaktor.az