27 İyul 2024

İlham Əliyevin Qazaxıstana səfəri BAŞA ÇATDI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına səfəri noyabrın 3-də başa çatıb.

Musavat.com xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər yola salıblar.