28 Mart 2024

İldırım vurması nəticəsində həlak olan hərbçiyə şəhid statusu veriləcək – RƏSMİ

Azərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

“Qanunvericiliyə əsasən, xidmət vaxtı ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək”, – qurumdan bildirilib.