27 İyul 2024

İki ölkə arasında uğurlu münasibətlər mövcuddur

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır.

Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı,demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Otuz ildən artıqdır ki,biz müstəqil dövlətlər kimi həm ikitərəfli,həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq,bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik,iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk.

Prezident İlham Əliyev cari ildə Tacikistana iki dəfə səfər edib. Cari ilin aprel ayında baş tutmuş səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi. Son iki ildə Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişdir.

Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı